Cəmiyyət

Gülgəz Məmmədova: “Füzuliyə qayıdacağımıza ümidimizi heç zaman itirməmişdik”

Sharing is caring!


“Füzuliyə insanların köçürülməsi ürəyimizdə böyük fərəh hissi oyadır”.

Bunu “Trend”ə açıqlamasında Füzuli şəhər sakini Gülgəz Məmmədova deyib.

G.Məmmədovanın sözlərinə görə, Füzulinin bütün sakinləri kimi, onun da sevincimin həddi-hüdudu yoxdur:

“Allaha min şükürlər olsun ki, bu gün Füzuliyə qayıdırıq. Doğma şəhərimizə qayıdacağımıza ümidimizi heç zaman itirməmişdik. Torpağımıza qayıtmaq mənə yuxu kimi gəlir. Bu anları yaşamaq, hiss etmək, dillə təsvir etmək mümkün deyil”, – deyə o qeyd edib.

Qeyd edək ki, bu gün daha 68 nəfərdən ibarət 24 ailə Füzuliyə dönüb. Bununla da Füzuli şəhərində 47 ailə, yəni 158 nəfərin daimi məskunlaşması təmin edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir