Cəmiyyət

Xoyda yeraltı təkanlardan sonra Naxçıvanda durum necədir?

Sharing is caring!


“İranda baş verən zəlzələdən sonra Naxçıvan Muxtar Respublikası ərazisində hər hansı dağıntı və ya itki qeydə alınmayıb”.

Bu barədə “Report”un yerli bürosuna Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhəri bölgəsində 5,6 maqnitudalı zəlzələ olub.

Məlumata görə, yeraltı təkanların episentri 7 km dərinlikdə olub. Hadisə Bakı vaxtı ilə 07:16-da qeydə alınıb.

Zəlzələ Naxçıvan MR-də 3-4 bala qədər hiss olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir