Cəmiyyət

Azərbaycan Hərbi Prokurorluğu: “Əsrlər boyu ermənilər sistemli şəkildə vəhşiliklər törədiblər”

Sharing is caring!


“Əsrlər boyu ermənilər öz çirkin niyyətlərinə nail olmaq məqsədilə millətçiliyi, qonşu türk xalqına qarşı nifrət ideologiyasını rəhbər tutaraq sistemli, planlı şəkildə vəhşiliklər törədiblər”.

Bunu “Report”un Şuşaya ezam olunan əməkdaşına açıqlamasında Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Xüsusi İstintaq Şöbəsinin rəisi Emin Tağıyev deyib.

Şöbə rəisi bildirib ki, ermənilər mərhələli olaraq onminlərlə kvadrat kilometr Azərbaycan ərazisinin zəbt olunmasına, yüzminlərlə azərbaycanlının doğma torpaqlarından deportasiya edilməsinə və zəbt olunmuş ərazilərdə süni yollarla müxtəlif ərazi vahidlərinin, o cümlədən erməni dövlətinin yaradılmasına nail olublar.

Onun sözlərinə görə, təkcə 20-ci əsrin sonlarında erməni millətçiləri tərəfindən törədilən insanlıq əleyhinə müharibə cinayətləri nəticəsində 20 minə yaxın azərbaycanlı qətlə yetirilib:

“19 mindən artıq şəxs yaralanıb, 877 şəhər, kənd, qəsəbə qarət edilərək dağıdılıb, yandırılıb. 600-dən artıq tarixi mədəniyyət abidələri məhv edilib, daşınması mümkün olan tarixi abidələr Ermənistana aparılaraq sonradan dünyanın müxtəlif ölkələrində satışa çıxarılıb, bir milyondan artıq əhali məcburi köçkünə çevrilib, torpaqlarımız zəbt olunub”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir