Cəmiyyət

AMEA: “Şuşa həbsxanasının ətrafında da insan qalıqlarının olması ehtimalı var”

Sharing is caring!


“Şuşa həbsxanası ərazisində aşkarlanan kütləvi məzarlığın ətrafında da insan qalıqlarının olması ehtimalı var”.

Bu barədə “Report”un Şuşaya ezam olunmuş əməkdaşına açıqlamasında AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun elmi katibi Akif Quliyev deyib.

Onun sözlərinə görə, növbəti ekspedisiya zamanı yoxlama-tədqiqat işləri aparılacaq:

“İnsan qalıqları aşkar olunarsa, bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.

Qeyd edək ki, avqustun 1-15-dək aparılan qazıntı işləri nəticəsində Şuşa həbsxanası ərazisində 17 şəxsə aid olduğu ehtimal edilən insan qalıqları aşkarlanıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir