Müharibə

Şöbə rəisi: “Şuşada may ayından bəri 31 şəxsə məxsus qalıqlar aşkarlanıb”

Sharing is caring!


“Şuşada may ayından bu yana aparılmış axtarışlar nəticəsində ən azı 31 şəxsə məxsus qalıqlar aşkar edilib”.

Bu sözləri “Report”un Şuşaya ezam olunmuş əməkdaşına açıqlamasında Hərbi Prokurorluğun Xüsusi İstintaq Şöbəsinin rəisi Emil Tağıyev deyib.

Şöbə rəisinin sözlərinə görə, onların Birinci Qarabağ müharibəsi dövründə əsir və girov götürülərək burada saxlanılan azərbaycanlılara məxsus olması ehtimal edilir:

“Həbsxanada saxlanılan azərbaycanlılar qəddarcasına işgəncə verilməklə, döyülməklə, başları kəsilməklə, itlər üstlərinə buraxılmaqla, yaralı və halsız insanları donuzlara yedizdirməklə və bu kimi digər işgəncələr verilməklə qətlə yetirilib, elə buradaca basdırılıblar”.

Xatırladaq ki, Şuşa şəhərində növbəti kütləvi məzarlıq tapılıb. Belə ki, avqustun 1-15-dək aparılan qazıntı işləri nəticəsində Şuşa həbsxanası ərazisində 17 şəxsə aid olduğu ehtimal edilən insan qalıqları aşkar olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir