Cəmiyyət

FHN əməkdaşı beynəlxalq yarışda gümüş medal qazanıb – FOTO

Sharing is caring!


Avqustun 4-14-də Belarusda keçirilən II MDB oyunlarında 22 ölkənin üç mindən çox idmançısı mübarizə aparıb. Azərbaycanın 16 idman növü üzrə 177 idmançı ilə təmsil olunduğu yarışlarda milli yığma komandanın üzvü, Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Klubunun İdman-Təlim Şöbəsinin inspektoru Murad Hacızadə karate üzrə kişilər arasında +84 kq çəki dərəcəsində keçirdiyi beş döyüşün nəticəsinə görə II MDB oyunlarının gümüş medalını qazanıb.

FHN-dən verilən xəbərə görə, Murad Hacızadə karate üzrə Avropa çempionu, Dünya Kubokunun qalibi və şotokan karate üzrə dünya çempionudur. Onun ilk məşqçisi altıncı dan qara kəmər sahibi Rafael Məmmədov, hazırkı məşqçisi isə karate üzrə ikiqat dünya çempionu, səkkizinci dan qara kəmər sahibi, FHN-in İdman-Sağlamlıq Klubunun rəisi polkovnik Füzuli Musayevdir.

Qeyd edilib ki, Murad Hacızadə 2023-cü ilin sentyabr ayında Kipr Respublikasında keçiriləcək böyüklər arasında “SERIE A” turnirində və oktyabr ayında Macarıstanda keçiriləcək dünya çempionatında da iştirak edəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir