İdman

Almaniyalı yarımmüdafiəçi İspaniyada 18 yaşlı qadına təcavüz edib

Sharing is caring!

Almaniyanın “Ştutqart” klubunda forma geyinən türk əsilli almaniyalı yarımmüdafiəçi Atakan Karazor İspaniyanın İbiza şəhərində həbs edilib.

Futbolçunun həbs xəbərini “Ştutqart” klubu da təsdiq edib, lakin həbsin motivləri barədə heç bir məlumat verilmir.

İspaniya mətbuatı isə yazır ki, 25 yaşlı futbolçu həmyaşıdı olan dostu ilə 18 yaşlı ispaniyalı qadına təcavüz etdiyi üçün saxlanılıb.

Lakin hələlik İspaniyanın hüquq mühafizə orqanları da hadisə ilə əlaqədar rəsmi məlumatla çıxış etməyib.

Qeyd edək ki, Türkiyənin “Beşiktaş” və “Trabzonspor” klubu artıq xeyli müddətdir ki, Atakan Karazoru sıralarına qatmaq istəyir.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir