Dünya

“Ənsar Allah”: “Qəzzada atəşkəs elan olunsa belə, gəmilərə hücumlar dayanmayacaq”

Sharing is caring!


Yəmənin “Ənsar Allah” (husilər) hərəkatı HƏMAS-la İsrail arasında atəşkəs elan olunsa belə, Qırmızı dənizdə gəmilərə hücumlarını dayandırmayacaq.

Bu barədə hərəkatın informasiya şöbəsinin nümayəndəsi Nəsrəddin Amer məlumat verib.

Onun sözlərinə görə, husilər yalnız Qəzza zolağında blokada götürüldükdən və müharibənin tam başa çatmasına nail olunduqdan sonra dənizdə hərbi əməliyyatları dayandıracaqlar.

Qeyd edək ki, İrana bağlı olan husilər xüsusən HƏMAS-ın İsrailə basqınından sonra mütəmadi olaraq Qırmızı dənizdə ticarət gəmilərinə hücumlara başlayıblar. Onlar həm İsrail bayraqlı, həm də İsrail şirkətlərinin sahib olduğu və ya idarə etdiyi gəmiləri hədəfə alırlar. Gəmi sahibləri bunun qarşısını almaq üçün qeyri-adi üsula əl atmaq məcburiyyətində qalıblar. Belə ki, kapitanlar gəmilərin hərəkətini izləmək üçün elektron platformalarda İsraillə əlaqəli olmadıqlarını qeyd edirlər.

Mənbə: İz.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir