Cəmiyyət

Nazirlik: 17 halda aşkarlanan ciddi qanun pozuntularına hüquqi qiymət verilib

Sharing is caring!


2023-ci ilin birinci yarısında nazirlik tərəfindən ötən ilin eyni dövrü ilə müqayisədə 22% çox – 49 mindən artıq bələdiyyə aktı üzrə inzibati nəzarət həyata keçirilib və aktların 95%-i qanunvericiliyin tələblərinə uyğun hesab edilib. 

Bu barədə Oxu.Az-a Ədliyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, qanunvericiliyin tələblərinə zidd olan bələdiyyə aktlarının ləğv və ya dəyişdirilməsi məqsədilə 2200-ə yaxın təklif verilib.

Bələdiyyə aktlarının inzibati nəzarət orqanına bələdiyyələrlə iş portalı vasitəsilə elektron sənəd göndərilməsi müddət pozuntusunun qarşısının alınmasına öz müsbət təsirini göstərib, bununla bağlı inzibati məsuliyyətə cəlb olunan bələdiyyələrin vəzifəli şəxslərin sayının azalma tendensiyası davam edib.

Nazirlik tərəfindən bələdiyyə sədrləri barəsində 23 inzibati xəta protokolu tərtib edilərək məhkəmələrə göndərilib.

İnzibati nəzarət icraatı qaydasında aparılmış araşdırmalar zamanı 17 halda ciddi qanun pozuntuları aşkar edilərək toplanmış sənədlər hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə istintaq orqanlarına göndərilib.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir