İqtisadiyyat

AMB ÜDM-in artımına dair proqnozlarını açıqlayıb

Sharing is caring!


“Azərbaycan Mərkəzi Bankı (AMB) 2023-24-cü illərdə ölkədə ümumi daxili məhsulun (ÜDM) 4-5% artacağını, qeyri-neft sektorunda artımın 5-6% olacağını proqnozlaşdırır”.

“Report” xəbər verir ki, bunu qurumun sədri Taleh Kazımov keçirdiyi mətbuat konfransında bildirib.

“Azərbaycan iqtisadiyyatının dinamik inkişafı, eləcə də daim artan digər makroiqtisadi göstəricilər bizə belə proqnozlar verməyə imkan verir”, – deyə o qeyd edib.

Xatırladaq ki, Dünya Bankı bu il Azərbaycan iqtisadiyyatının 2,8%, gələn il isə 2,6% böyüyəcəyini proqnozlaşdırır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir