İdman

Sabiq baş məşqçi: “İdmançılarımızın qanunsuz mərc oyunlarını reklam etmələri düzgün deyil”

Sharing is caring!


“Qanunsuz mərc oyunları uşaqları, gəncləri, hətta böyükləri də pis yola yönəldir, yavaş-yavaş kazinoya aparır. Qumar xarakterli oyunlardır. Gərək, qadağan edilsin. Bu, şirnikləndirməkdir. Cavanlar şirniklənir, bir günün içində varlanmaq istəyirlər. Bu isə qeyri-mümkündür. Əksinə, müflisləşir, pis vəziyyətə düşürlər. Əllərində 500 manat pul olur, onu da itirirlər. Onların əli ilə kimlərsə varlanır, başqasının pis vəziyyətə düşməsindən yararlanırlar. Çox pis haldır. Qanunsuz mərc oyunlarının reklam edilməsinə qarşıyam”.

Bu sözləri Pravda.az-a güləş üzrə qadınlardan ibarət Azərbaycan millisinin sabiq baş məşqçisi, Astara Olimpiya İdman Kompleksinin direktoru Aslan Ağayev son dönəmlər tanınmış idmançıların bəzilərinin öz sosial şəbəkə hesablarında qanunsuz mərc oyunlarını reklam etmələrinə münasibət bildirərkən deyib.

“İdmançılarımızın qanunsuz mərc oyunlarını reklam etmələri düzgün deyil. Yəqin ki, cənab nazir bunun qarşısını alacaq”, – deyə o qeyd edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir