Dünya

38 gündən sonra ilk yanacaq avtosisterni Qəzzaya daxil ola bilib

Sharing is caring!


Yanacaq daşıyan ilk avtosistern Misirlə Qəzza zolağının sərhədindəki “Rəfah” buraxılış məntəqəsindən keçərək Fələstin anklavına daxil olub.

Mənbə yazır ki, bu, oktyabrın 7-dən Qəzzaya ilk yanacaq çatdırılmasıdır.

Bundan əvvəl isə BMT-nin Humanitar Məsələlərin Koordinasiyası İdarəsi məlumat verib ki, İsrail humanitar yardımın boşaldılması və paylanması üçün lazım olan məhdud miqdarda yanacağın Qəzza zolağına idxalına icazə verib.

Mənbə: Alekhbariya.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir