İdman

AMF prezidenti “Zirə” PFK-nın minifutbol komandası ilə görüşüb – FOTO

Sharing is caring!


Azərbaycan Minifutbol Federasiyasının (AMF) prezidenti və “Zirə” Peşəkar Futbol Klubunun Müşahidə Şurasının sədri Orxan Məmmədov Minifutbol üzrə Avropa Çempionlar Liqasında uğurla çıxış edərək Vətənə bürünc medalla qayıdan “Zirə” PFK-nın minifutbol komandası ilə görüşüb.

Federasiyadan verilən məlumata görə, komandanın nailiyyətini yüksək qiymətləndirən Orxan Məmmədov futbolçuları təbrik edib və növbəti yarışda onlardan daha yaxşı nəticə gözlədiyini vurğulayıb.

Daha sonra baş məşqçi Elşad Quliyevin yarışla bağlı hesabatı dinlənilib.

Sonda komanda üzvləri ilə xatirə şəkli çəkdirilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir