Cəmiyyət

Müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsi başlayıb

Sharing is caring!


Bu gündən Azərbaycanda bütün fənlər üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsi başlayıb.

Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 40 və daha yüksək bal toplayan namizədlər iyulun 31-də saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə biləcəklər.

Namizəd seçdiyi vakant yerə yerləşdikdən sonra həmin yerdən imtina etdiyi halda müsabiqənin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.

Qeyd edək ki, 58 000-ə yaxın namizədin iştirak etdiyi test imtahanları 11-15 iyulda ölkənin 13 şəhəri üzrə 29 imtahan mərkəzində keçirilib. Bu ildə MİQ vasitəsilə 10 000 müəllimin işə qəbulu hədəflənib. Vakansiya seçimində isə ilk olaraq şəhid ailələrinin üzvləri iştirak ediblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir