Cəmiyyət

Hövsanda azyaşlını vuraraq hadisə yerindən qaçan moped sürücüsü saxlanılıb – VİDEO

Sharing is caring!


Bir müddət əvvəl Hövsan qəsəbəsində azyaşlı qızı vuraraq hadisə yerindən qaçan moped sürücüsü saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, Suraxanı rayonu Hövsan qəsəbəsi, Rüfət Abdullayev küçəsində naməlum şəxs idarə etdiyi mopedlə yolu keçən azyaşlı qızı vurub. Hadisədən sonra mopedin sürücüsü uşağa heç bir yardım göstərmədən hadisə yerindən uzaqlaşıb. Qəzadan sonra ağır xəsarət alan azyaşlının həyatı edilən tibbi müdaxilə sayəsində xilas edilib.

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəzanı törədən mopedin sürücüsü, əvvəllər məhkum olunmuş Aydın Mahmudov saxlanılaraq istintaqa təqdim edilib. O, ifadəsində kuryer şirkətlərindən birində işlədiyini və qəzadan sonra polisdən yayınmaq məqsədilə idarə etdiyi mopedi satdığını bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir