Dünya

Məşhur yazıçının tərk edilmiş avtomobili tapılıb – FOTO

Sharing is caring!


ABŞ-də 1940-cı ildə buraxılmış “Mercury” minik maşını tapılıb. Avtomobil məşhur yazıçı Marqaret Mitçelə məxsus olub.

Məşhur “Küləklə sovrulanlar” romanının müəllifi yeni “Mercury Eight” avtomobilini 1940-cı ildə avtosalondan alıb. Maşının orijinal sənədləri qorunub saxlanılıb.

1949-cu ildə yazıçının ölümündən bir qədər əvvəl “Mercury” anbara yerləşdirilib. Marqaret Mitçelin ölümündən sonra əri və qardaşı maşını satmağa çalışsalar da, alıcı tapılmayıb.

O vaxtdan bəri “Mercury Eight” anbarda qalıb və 74 il ərzində heç vaxt sürülməyib. Sedan pasla örtülüb, boyası isə soyulub. Avtomobilin mühərrikini hələ ki işə salmaq mümkün olmayıb, bu isə o deməkdir ki, avtomobilin uzun müddət bərpaya ehtiyacı var.

İndi Marqaret Mitçelin avtomobilini yenidən satmağa çalışacaqlar.

Qeyd edək ki, “eBay”də onun qiyməti 100.000 dollar olaraq dəyərləndirilib, baxmayaraq ki, 1940-cı ilin “Mercury”si, hətta mükəmməl vəziyyətdə belə, adətən daha ucuzdur.

Xatırladaq ki, birinci nəsil “Mercury Eight” 1939-1941-ci illərdə istehsal edilib və məşhur “Ford V8”in daha dəbdəbəli versiyası kimi ictimaiyyətə təqdim edilmişdi. Sedan 3,9 litrlik 100 at gücü olan səkkizlik və üç pilləli mexaniki transmissiya ilə təchiz edilib.

Mənbə: Atoevolution

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir