Cəmiyyət

Bakıda anası tərəfindən zibil qutusuna atılan körpə palataya köçürüldü – VİDEO

Sharing is caring!


İyul ayının 17-də Sabunçu rayonunda anası tərəfindən məişət tullantıları qutusuna atan 10-15 günlük körpənin son vəziyyəti açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Sabunçu rayonunda məişət tullantıları qutusunda tapılan yeni doğulan körpənin müalicəsi TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin nəzdində fəaliyyət göstərən Ə.F.Qarayev adına 2 nömrəli Klinik Uşaq Xəstəxanasında davam etdirilir:

“Körpənin vəziyyəti yaxşıdır. Qızdırması olmur, qidalanması normaldır. Götürülən analizlərdə hər hansı neqativ hal aşkarlanmayıb. Hazırda Reanimasiya şöbəsindən palataya köçürülüb.

Xatırladaq ki, yeni doğulan körpə 1 saylı Körpələr Evinin göndərişi əsasında Ə.F.Qarayev adına 2 nömrəli Klinik Uşaq Xəstəxanasına yerləşdirilmiş, ona mərkəzi sinir sisteminin dəqiqləşdirilməmiş zədələnməsi, düşməmiş göbək diaqnozu qoyulmuşdu”.

Qeyd edək ki, iyulun 17-də uşağı Sabunçu Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin işçiləri Q.Vəzirov küçəsində məişət tullantıları qutusunun birindən tapıb və polisə məlumat veriblər. 

Aparılan araşdırma nəticəsində uşağın anasının Suraxanı rayonu, Hövsan qəsəbə sakini, 1992-ci il təvəllüdlü Səbinə Qasımova olduğu müəyyən edilib.

Məlumatlara görə, S.Qasımova uşağı Nəsimi rayonunda dünyaya gətirib və Sabunçu rayonuna gələrək orada zibil qutusuna atıb. Baş verən hadisə ərazidəki müşahidə kameralarına əks olunub.

İyulun 20-də Sabunçu Rayon Məhkəməsi tərəfindən Səbinə Qasımova barəsində istintaq müddəti dövründə polis nəzarəti altında qalma barədə qərar qəbul olunub və məhkəmə zalından buraxılıb.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir