Dünya

Tramp əqli qabiliyyət testindən keçib

Sharing is caring!


ABŞ-nin keçmiş prezidenti Donald Tramp iki əqli qabiliyyət testindən keçdiyini açıqlayıb.

Bu barədə o, “Fox News”a müsahibəsində bildirib.

Trampın sözlərinə görə, bütün prezidentliyə namizədlər üçün koqnitiv testdən keçmək yaxşı fikirdir.

“Deyərdim ki, prezidentliyə namizəd olan hər kəs üçün koqnitiv testi təşviq edərdim, çünki bunun yaxşı bir fikir olduğunu düşünürəm. Prezident ağıllı bir adam olsa, əla olar”, – deyə keçmiş Ağ Ev rəhbəri vurğulayıb.

Bundan əvvəl Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd olan Nikki Heyli də yüksək dövlət vəzifələrinə müraciət edən yaşlı siyasətçilər üçün əqli qabiliyyət testlərinin məcburi olması ideyasını dəstəkləyib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir