Siyasət

Qırğızıstan dövlət başçısı: “SPECA ölkələri iqtisadi sabitliyin təmin edilməsində mühüm uğurlar əldə ediblər”

Sharing is caring!


“Ötən dövr ərzində Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramın (SPECA) ölkələri iqtisadi sabitliyin təmin edilməsində mühüm uğurlar əldə ediblər”.

“Report” xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov noyabrın 24-də Bakıda keçirilən SPECA-nın Zirvə görüşündə çıxışında deyib.

Onun sözlərinə görə, fəaliyyət göstərdiyi illər ərzində SPECA Mərkəzi Asiya regionunda iqtisadi sabitliyin möhkəmləndirilməsinə və infrastrukturun inkişafına mühüm töhfə verib.

O bildirib ki, beynəlxalq nəqliyyat dəhlizlərinin şaxələndirilməsi bu gün Qırğızıstan üçün ən aktual məsələlərdən biridir.

Yaşıl enerjiyə keçidlə bağlı qarşıya qoyulan məqsədlərin həyata keçirilməsindən danışan S.Japarov vurğulayıb ki, Qırğızıstan bərpa olunan enerji mənbələrinə keçid üçün vacib addımlar atır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir