Asiya

“Fənərbaxça”nın ulduzu Pelkas İstanbulda evlənir

Sharing is caring!

“Fənərbaxça”nın ulduzu Pelkas ailə həyatı qurmaq üçün İstanbulu seçib. Xəbəral.az-ın Türkiyənin “Fanatik” qəzetinə istinadən Fənər Rum Patriarxlığında mərasim və qeyd etmə proqramı ilə toy Esma Sultan Köşkündə iyun ayında keçiriləcək.

Yunan mətbuatında yer alan xəbərə görə, “sarı lacıvertlər” futbolçu iyun ayında Fənər Rum Patriarxlığında keçiriləcək nikah mərasimi ilə sevgilisi Kiveli Mərdə ilə ailə həyatı quracaq.

Bu mərasimdən sonra Boğazda şənlik keçiriləcək. Artıq evlilik üçün hazırlıqlara başlanıldığı bildirilir.

“Fənərbağça”nın ulduzu ötən il Yunanıstanın keçmiş xarici işlər nazirinin müavini Dimitris Mardasın qızı olan sevgilisi Kiveli Mardaya evlilik təklifi etmiş və bu təklif Marda tərəfindən qəbul edilmişdi.

Futbolçunun təklifinin sosial şəbəkədə paylaşımları yayımlanıb.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir