Ana Səhfə

Oteldə müəmmalı ölüm: Qadın öldü həyat yoldaşı həbs edildi

Sharing is caring!

Beşiktaş Ortaköydə məşhur otelin 7-ci mərtəbəsindəki eyvandan yıxılan Ebru Cızdan aparıldığı xəstəxanada həyatını itirib. Editor.az-ın Türkiyənini “Hürriyyət” qəzetinə istinadən verdiyi məlumatta görə, şahidlər hadisənin baş verməsindən əvvəl tərəflərin mübahisə etdiyini görüblər.

Belə ki, 40 yaşlı Ebru Cızdan həyat yoldaşı 42 yaşlı Özgür Aydoğanla əvvəlcə gecə klubuna, daha sonra otelə gediblər. Şahidlərin verdiyi məlumata görə tərəflər arasında elə əyləndikləri gecə klubunda mübahisə düşüb. Daha sonra otelə gələn ərlə arvad oteldə də mübahisə etməyə davam edib. Bir müddət sonra otelin əməkdaşları Ebru Cızdanın yerdə uzanmış vəziyyətdə aşkarlayıblar. Dərhal təcili yardımın çağırılmasına baxmayaraq qadın xəstəxanada həyatını itirib

Hadisəni törətməkdə şübhəli olan Özgür Aydoğan polislər tərəfindən saxlanılıb. Polis hadisənin intihar və ya qətl olmasını araşdırır.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir