Siyasət

Şavkat Mirziyoyev İlham Əliyevi Özbəkistandakı sammitə dəvət edib

Sharing is caring!


Özbəkistan Prezidenti Şavkat Mirziyoyev azərbaycanlı həmkarı İlham Əliyevi 2025-ci ildə ölkəsində keçiriləcək Mərkəzi Asiya-Körfəz Əməkdaşlıq Şurasının sammitinə fəxri qonaq qismində dəvət edib.

“Report” xəbər verir ki, bunu o, Bakıda Prezident İlham Əliyevlə danışıqlar zamanı deyib.

Qeyd olunub ki, o, Azərbaycan dövlət başçısını 2024-cü ildə Özbəkistana rəsmi səfərə dəvət edib.

Ş.Mirziyoyev 2024-cü ilin Özbəkistan-Azərbaycan çoxşaxəli əlaqələrinin intensiv inkişafı ili elan edilməsini də təklif edib.

Görüş zamanı strateji tərəfdaşlıq səviyyəsində olan iki ölkə arasındakı əlaqələrin daha da möhkəmləndirilməsi məsələləri, o cümlədən ən yüksək səviyyədə əldə olunmuş razılaşmaların icrasının gedişatı da müzakirə edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir