Cəmiyyət

Göyçayda avtomobillər toqquşdu: Xəsarət alanlar var – FOTO

Sharing is caring!


Göyçay rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report” xəbər verir ki, hadisə bu gün axşam saatlarında Göyçay şəhərinin Nizami küçəsində qeydə alınıb.

Belə ki, “Mercedes” və VAZ-2107 markalı minik avtomobillərinin toqquşması nəticəsində rayon sakinləri, 1989-cu il təvəllüdlü Quliyev Nurlan Fəqan oğlu və 1998-ci il təvəllüdlü Əliyev İlham Səməd oğlu xəsarət alıb.

Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir