Cəmiyyət

Hövsan qəsəbəsində üç nəfərin ölümünə səbəb olan yolun işıqlandırılması bərpa olundu – VİDEO

Sharing is caring!


Hövsan qəsəbəsi Zığ yolu Zığ bağları adlanan ərazidəki yolda işıqlandırma bərpa olunub.

Oxu.Az-ın məlumatına görə, bu barədə görüntüləri Dj Tural sosial şəbəkə hesabında paylaşıb.

Belə ki, hadisənin baş verdiyi yer piyada keçidinin yaxınlığı olsa da, ərazidə işıqlandırma olmayıb.

Bu səbəbdən sürücünün görmə məsafəsi xeyli azalıb. 

Ancaq üç nəfərin ölümünə səbəb olan qəzadan sonra yoldakı işıqlandırma bərpa olunub.

Qeyd edək ki, mayın 28-də 1980-ci il təvəllüdlü Əliyev Ayaz Vəli oğlu idarə etdiyi “Nissan Tiida” markalı  avtomobillə Hövsan qəsəbəsi Zığ yolu Zığ bağları adlanan ərazidə üzü Zığ qəsəbəsi istiqamətində hərəkət edərkən piyadaların keçidi üçün nəzərdə tutulan keçidin altından yolu keçən piyadaları vurub. Nəticədə 1964-cü il təvəllüdlü Rəsulova Səkinə Baloğlan qızı, onun 1984-cü il təvəllüdlü gəlini Cavadova Samirə Xudayar qızı və sonuncunun 2020-ci il təvəllüdlü qızı Hüseynova Məryəm Nadir qızı aldıqları xəsarətlərdən hadisə yerində ölüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir