Cəmiyyət

Şəhid Vüsal Məlikov doğulduğu kənddə torpağa tapşırılıb – FOTO

Sharing is caring!

Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olan 22 yaşlı leytenant Məlikov Vüsal Bəxtiyar oğlu dəfn edilib.

Oxu.Az xəbər verir ki, şəhidlə doğulduğu Lerik rayonunun Almu kəndində vida mərasimi keçirilib.

Vida mərasimində şəhidin ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasimdən sonra şəhid Almu kənd qəbiristanlığında torpağa tapşırılıb.

Xatırladaq ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Bu əməllərin qarşısının dərhal alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib. Nəticədə Azərbaycan Ordusunun şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib. Təxribata cavab nəticəsində ilkin məlumata görə, Ermənistan tərəfi 350-400 hərbçi itirib, yaralıların sayı bundan bir neçə dəfə çoxdur.

Dursun Tağıyeva

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir