Cəmiyyət

Qəbələdə avtomobil ağaca çırpıldı: Ölən və yaralananlar var – YENİLƏNİB + FOTO

Sharing is caring!


Qəbələdə baş verən yol-nəqliyyat hadisəsinin bəzi detalları məlum olub.

APA xəbər verir ki, qəzada iki nəfər də ağır yaralanıb.

Onlar Qəbələnin Zarağan qəsəbə sakinləridirlər.

Yaralılar rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Yaralanan şəxslər dünyasını dəyişən sürücünün həyat yoldaşı və nəvəsidir.

00:26

Qəbələdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, ilkin məlumatlara əsasən hadisə nəticəsində “Volkswagen” markalı 90-SO-259 dövlət nömrə nişanlı avtomobil idarəetməni itirib və ağaca çırpılıb.

Hadisə nəticəsində bir nəfər dünyasın dəyişib, yaralılar var.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir