Cəmiyyət

Bakıda kişi doğum günündə arvadı tərəfindən bıçaqlanıb

Sharing is caring!


Bakının Nizami rayonunda məişət zəminində bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Keşlə qəsəbəsində qeydə alınıb.

Belə ki, Mirzə Ələkbər Sabir küçəsi, 9 ünvanında yaşayan 1966-ci il təvəllüdlü Qurbanəli Əli oğlu Səfərov doğum günü məclisi keçirib. Məclisdə həyat yoldaşı onunla mübahisə edib. Qadın həyat yoldaşına bir neçə bıçaq zərbəsi vurub. Yaralı kişi Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparırlar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir