İdman

Azərbaycan Premyer Liqası: 33-cü tura start verilir – AFİŞA

Sharing is caring!


Bu gün Azərbaycan Premyer Liqasında 33-cü tura start veriləcək.

Oxu.Az xəbər verir ki, ilk oyun günündə bir matç keçiriləcək. Gəncə şəhər stadionunun ot örtüyündə yaranmış problemə görə ev oyunlarını Qəbələdə keçirən “Kəpəz” “Sabah”ı qəbul edəcək.

32 turdan sonra “Sabah” 74 xalla 2-cidir. “Kəpəz” isə 29 xalla 7-ci pillədə qərarlaşıb.

Turun “Şamaxı” – “Zirə” matçı şənbə, “Turan Tovuz” – “Neftçi” və “Sumqayıt” – “Səbail” görüşləri bazar, “Qarabağ” – “Qəbələ” qarşılaşması isə bazar ertəsi keçiriləcək.

Azərbaycan Premyer Liqası
33-cü tur

5 may (cümə)

“Kəpəz” – “Sabah”
Hakimlər: Rəşad Əhmədov, Zeynal Zeynalov, Şirmamed Mamedov, Rövşən Rəcəbov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Yavər Rəhimov
Qəbələ şəhər stadionu, 18:00

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir