Cəmiyyət

Buraxılış imtahanında yüksək bal toplayaraq fərqlənən abituriyentlər – FOTO

Sharing is caring!


Martın 12-də keçirilən buraxılış imtahanında yüksək nəticə toplayan abituriyentlərin adları açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən “Qafqazinfo”ya verilən məlumata görə, imtahanda 297,5 bal toplamaqla yüksək nəticə göstərən 4 abituriyent var:

Abışova Fidan Yusif qızı – Bakı şəhər Nəsimi rayon Texniki-humanitar liseyi;
Cəfərzadə Taliə Cavid qızı – Bakı şəhər Nəsimi rayon Texniki-humanitar liseyi;
Mürşüdlü Nəzrin Elxan qızı – Səbail rayon 160 nömrəli Klassik gimnaziya;
Quliyeva Ləman Sənan qızı – Sabunçu rayon 169 nömrəli orta məktəb.

Texniki-humanitar liseyin tələbəsi Taliə Cəfərzadə açıqlamasında həkim olmaq istədiyini bildirib: 

“Bu 3 fəndən yüksək nəticəni müəlimlərimin sayəsində qazanmışam. Azərbaycan Tibb Universitetinə qəbul olmaq istəyirəm, arzum həkim olmaqdır”.

Nəsimi rayon Texniki-humanitar liseyin məzunu Fidan Abışova isə hansı ixtisası seçəcəyini hələ müəyyənləşdirməyib. 

Səbail rayon 160 nömrəli Klassik gimnaziyanın məzunu Nəzrin Mürşüdlü isə  ayrıca müəllim yanına getmədiyini, məktəbdə hazırlaşdığını deyir:

“Gələcəkdə sahə mühəndisliyi fakültəsində təhsil almaq istəyirəm. Amma hələ hansı universiteti seçməyimlə bağlı qərar verməmişəm”.

Qeyd edək ki, bu buraxılış imtahanında 300 ballıq maksimum nəticə qeydə alınmayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir