Kriminal

Beyləqanda keçmiş məhkumlar arasındakı dava qanla bitdi

Sharing is caring!


Beyləqanda keçmiş məhkumlar arasında dava olub. 

Lent.az-ın məlumatına görə, hadisə Beyləqan şəhəri S.İmrəliyev küçəsində qeydə alınıb. 

Orada yaşayan keçmiş məhkumlar Tural Abdullayev və Rövşən Paşayev arasında şəxsi münaqişə zəminində dava baş verib.

Nəticədə Tural Abdullayev Rövşən Paşayevin döş qəfəsinə bıçaq sancıb. Rövşən Paşayev xəstəxanaya yerləşdirilib. Hadisəni törədən T. Abdullayev saxlanılıb. 

Faktla bağlı cinayət işi açılıb. Araşdırılma aparılır. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir