İdman

Mahir Emreli Türkiyədə ilk qolunu vurub, “Konyaspor” uduzub – YENİLƏNİB + VİDEO

Sharing is caring!


Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin icarə əsasında çıxış etdiyi “Konyaspor” Türkiyə Super Liqasında növbəti oyununu keçirib.

Oxu.Az-ın məlumatına görə, Konya şəhərinin eyniadlı təmsilçisi doğma meydanda “Adana Demirspor”u qəbul edib. Emrelinin start heyətində meydana çıxdığı qarşılaşma qonaqların qələbəsi ilə başa çatıb – 2:1.

Meydan sahiblərinin yeganə qolunu 41-ci dəqiqədə məhz azərbaycanlı hücumçu vurub. Bu, 26 yaşlı forvardın yeni komandasında ilk qolu olub. O, 60-cı dəqiqədə Robert Muriçlə əvəzlənib.

Qeyd edək ki, bu nəticədən sonra 39 xalı olan “Konyaspor” 9-cu pillədə qərarlaşıb. 54 xalı olan “Adana Demirspor” isə 4-cü sırada yer alıb.

22:50

Türkiyənin “Konyaspor” klubunda çıxış edən Azərbaycan millisinin üzvü Mahir Emreli Super Liqada qol hesabını açıb.

Oxu.Az xəbər verir ki, 25 yaşlı forvard “Adana Demisrpor”a qarşı Super Liqanın XXX tur matçında fərqlənib.

O, qarşılaşmanın 40-cı dəqiqəsində uzaq məsafədən vurduğu baxımlı qolla matçda hesabı barabərləşdirib (1:1).

Mahir Emreli bu ilin fevralında icarə əsasında Zaqreb “Dinamo”sundan “Konyaspor”a keçib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir