Cəmiyyət

Naxçıvanda yeddi yaşlı oğlanı avtomobil vurdu

Sharing is caring!


Naxçıvanda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə bu gün axşam saatlarında şəhərin mərkəzi prospektində qeydə alınıb.

Belə ki, avtomobil 2016-cı il təvəllüdlü Naxçıvan şəhər sakini Sevdimalıyev Nuran Urfan oğlunu vurub.

Naxçıvan Muxtar Respublika Xəstəxasının Travmatalogiya şöbəsinə yerləşdirilən zərərçəkənin vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir