İqtisadiyyat

“Bolmart” supermarketlər şəbəkəsinin Naxçıvan filialı açıldı – FOTO/VİDEO

Sharing is caring!


“Bolmart” supermarketlər şəbəkəsinin Naxçıvan filialı açılıb.

Oxu.Az xəbər verir ki, mağazada 85 işçi çalışacaq.

Yeni xidmət sahəsinin fəaliyyətə başlaması Naxçıvanda sahibkarlığın inkişafına, məşğulluğun təmin edilməsinə öz töhfəsini verəcək.

Həmçinin, yeni supermarket şəbəkəsi Naxçıvanda daxili bazarda pərakəndə satış üzrə önəmli yeniliklərə imza atacaq.

Açılışda Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Naxçıvan Sahibkarlar Konfederasiyasının prezidenti Vüqar Abbasov iştirak ediblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir