Cəmiyyət

Bakıda yaşayış binasının qarşısındakı ağac kəsilib – FOTO

Sharing is caring!

Binəqədi rayonu, 6-cı mikrorayon, Üzeyir Hacıbəyov küçəsi 6 ünvanında ağacların qanunsuz olaraq kəsildiyi iddia edilir.

Bununla bağlı Oxu.Az-a ərazidə yaşayan sakinlərin şikayəti daxil olub.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb:

“Mütəxəssislər tərəfindən əraziyə keçirilən baxış zamanı sözügedən ünvanda bir tut ağacının və kol bitkisinin kəsildiyi müəyyən edilib. Faktla bağlı akt tərtib olunub. Yaşıllıqların kim tərəfindən məhv edilməsini müəyyən etmək və barəsində qanunamüvafiq tədbirlər görmək məqsədilə toplanmış sənədlər hüquq-mühafizə orqanına göndərilib”.

Sayad Həsənli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir