Cəmiyyət

Laçında seçkiöncəsi vəziyyət – VİDEO

Sharing is caring!


İlk dəfə olaraq Azərbaycanda səsvermə bütün ölkə ərazisində keçiriləcək.

Səsvermənin keçiriləcəyi şəhərlərdən biri də Laçındır.

Baku TV-nin əməkdaşı Laçında yeni yaradılan 106 saylı seçki məntəqəsində olub və şəhərdə seçki prosesinə hazırlıq işləri haqında məlumat verib.

Qeyd edək ki, Azərbaycanda fevralın 7-ə növbədənkənar prezident seçkisi təyin olunub. Seçkidə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparacaqlar.

Ətraflı süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir