Dünya

Mariya Şarapova özündən 14 yaş kiçik oğlanla rəqs görüntülərini paylaşdı – VİDEO

Sharing is caring!


Dünyaca məşhur keçmiş rusiyalı tennisçi Mariya Şarapova ötən gün Avstraliya Açıq çempionatının qalibi olmuş 22 yaşlı italyan tennisçi Yannik Sinneri təbrik edib.

Mariya Şarapova özünün “Instagram” hesabında Yannik Sinnerlə yeni il ərəfəsində çəkdirdiyi videonu paylaşıb.

“Mən bilirdim ki, nə vaxtsa bu videoya görə peşman olacaqsan. Təbrik edirəm, çempion! Səbir, soyuqqanlılıq, səviyyə”, – deyə Şarapova paylaşıdığı videoya şərhində yazıb.

Xatırladaq ki, dünyanın dördüncü raketkası, 22 yaşlı italiyalı tennisçi Yannik Sinner ötən gün karyerasında ilk dəfə “Böyük Dəbilqə” turnirinin qalibi olub.

Yarışın finalında Yannik dünyanın üçüncü raketkası, rusiyalı Daniil Medvedevi məğlub edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir