Cəmiyyət

Cəlilabadın Qarakazımlı kəndində yol problemi: Bələdiyyələri Əlaqələndirmə Şurasından absurd CAVAB – FOTO

Sharing is caring!


Cəlilabad rayonunun Qarakazımlı kəndinin yolları bərbad vəziyyətə düşüb.

Bu barədə “Report”un yerli bürosuna kənd sakinləri məlumat veriblər.

Onların sözlərinə görə, kəndin yolları uzun illər təmir olunmadığından yararsız vəziyyətə düşüb.

Sakinlər deyib ki, Qarakazımlı kəndinin yolundan qonşu Moranlı, Dələli və digər kəndlərin də sakinləri istifadə edirlər.

Kənd camaatı bildirib ki, bir qədər yağış yağan kimi yolda palçıq yaranır və burada hərəkət etmək çətinləşir.

Məsələ ilə bağlı Cəlilabad rayon Bələdiyyələri Əlaqələndirmə Şurasından bildirilib ki, kənd sakinlərinin bələdiyyəyə vergi borcları yığılıb.

Qeyd edilib ki, həmin vergi borcları ödənildikdən sonra problem öz həllini tapacaq.

Qeyd edək ki, Qarakazımlı kəndi rayon mərkəzindən təxminən 30 km aralıda yerləşir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir