İdman

Azərbaycan çempionatları tarixinin ən uzun məğlubiyyətsizlik seriyaları – SİYAHI

Sharing is caring!


“Qarabağ” Azərbaycan Premyer Liqasının 2022/23 mövsümündə ilk məğlubiyyətini alıb.

Peşəkar Futbol Liqasının yaydığı məlumata görə, Qurban Qurbanovun yetirmələri XXX turda “Sabah”la səfər matçında 1:2 hesabı ilə uduzublar. Bununla da “Kəpəz”in 1997/98 mövsümündəki məğlubiyyətsiz çempionluq rekordu təkrarlanmayıb.

Ağdam klubu ümumilikdə Premyer Liqada 49 oyundan sonra xalsız qalıb. “Qarabağ” sonuncu dəfə 2021-ci il oktyabrın 25-də “Səbail”ə 1:3 hesabı ilə uduzub. Ötən mövsümün 20, cari çempionatın 29 görüşündə uduzmayan ağdamlılar bu müddətdə 40 qələbə qazanıb və 9 heç-heçə ediblər. Bu 49 oyunluq məğlubiyyətsizlik seriya Azərbaycan çempionatları tarixinin mütləq rekordudur. Yarışın tarixində 6 dəfə bir komanda 25-dən artıq görüşdə xal əldə edib.

Ən uzun məğlubiyyətsiz seriyalar:

1. “Qarabağ” – 49 (2021-23)
2. “Qarabağ” – 31 (2018-19)
3. “Kəpəz” – 28 (1997-98)
4. “Turan” – 27 (1992-93)
5-6. “Şəmkir” – 26 (2000-01)
“Neftçi” – 26 (2003-04)

Bu qarşılaşmada həm də “Sabah”ın “Qarabağ”la matçlarda ilk qələbəsi qeydə alınıb. Əvvəlki 18 oyunda 6 heç-heçə və 12 məğlubiyyəti olan bakılılar uğursuz seriyanı 19-cu dueldə qırıblar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir