Dünya

Perunun paytaxtının küçələrində Azərbaycanla bağlı bilbordlar yerləşdirilib – FOTO

Sharing is caring!

Azərbaycanın 8 Noyabr – Zəfər Günü ilə əlaqədar Perunun paytaxtı Lima şəhərinin mərkəzi küçələrində bilbordlar yerləşdirilib.

Bu barədə Azərbaycanın Meksikadakı səfirliyindən məlumat verilib.

Qeyd olunub ki, böyük ölçülü lövhələrdə Şuşa qalası fonunda Azərbaycan bayrağı, xalqımızın birlik rəmzi olan Dəmir yumruğun, İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirə rəmzi olan Xarıbülbülün əks olunduğu və üzərində “8 Noyabr – Azərbaycanın Zəfər Günü” sözlərinin yazıldığı bilbordlar quraşdırılıb.

Zəfər Gününə həsr olunan təsvir bir neçə gün ərzində nümayiş olunacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir