Bölgə

“Beyləqan Şəhidləri” kitabı çap olunub

Sharing is caring!

44 günlük Vətən müharibəsində canlarını fəda etmiş beyləqanlı igidlərin xatirəsinə “Beyləqan Şəhidləri” kitabı çap edilib.

XəbərAl.az xəbər verir ki, bu barədə məlumatı kitabın müəllifi Ramil Hikmət verib. O, kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə, xüsusilə kitabın ideya müəllifi və çap olunmasına göstərdiyi dəstəyə görə, Azərbaycanın Macarıstandakı səfiri Vilayat Guliyevə minnətdarlığını bildirib. 

Ramil Hikmət deyib ki, Vətən müharibəsində oktyabrın 3-də yaşadıqları evə raket düşməsi nəticəsində həlak olan İsmayılova Zülfiyyə və Əsədova Arzu bacıları da daxil olmaqla Beyləqan rayonu 132 nəfər şəhid verib. Onlardan 6 nəfəri Beyləqanda məskunlaşan məcburi köçkündür.
Müharibədən sonrakı iki ay ərzində isə rayondan olan 5 nəfər hərbçi xidməti vəzifəsini yerinə yetirərkən şəhid olub.

Kitabda ümumilikdə 135 nəfər şəhidimizin həyatı və keçdiyi döyüş yolu barədə məlumat verilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir