Kriminal

Bakıda marketdən 20 min manatlıq ərzaq oğurlanıb

Sharing is caring!


Bakıda marketdən 20 min manatlıq ərzaq oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Belə ki, Nərimanov rayonu ərazisindəki mağazaların birindən 2022-ci ilin noyabr ayından cari il aprelin 15-dək olan müddətdə 20 000 manat dəyərində ərzaq mallarının oğurlanması barədə polisə məlumat daxil olub.

Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən həmin mağazada satıcı işləyən Abşeron rayon sakini Zahir Allahyarov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir