Siyasət

Səsvermə başa çatdı – Sonra nə olacaq?

Sharing is caring!


Azərbaycanda növbədənkənar prezident seçkisində səsvermə prosesi başa çatıb.

Oxu.Az bundan sonrakı prosedurlarla bağlı bəzi məqamları təqdim edir.

Konstitusiyanın 101-ci maddəsinin II hissəsinə əsasən, prezidentliyə namizədə səsvermədə seçicilərin yarısından çoxu iştirak etdikdə Azərbaycan Respublikasının prezidenti seçilmiş sayılır.

Prezident seçkisinin nəticələri haqqında protokol imzalandıqdan sonra 24 saat müddətində dərc edilir.

Bildirək ki, Mərkəzi Seçki Komissiyası səsvermə günündən başlayaraq 10 gündən gec olmayan müddətdə prezident seçkisinə yekun vurur və nəticələrini təsdiq olunmaq üçün Konstitusiyanın 102-ci maddəsinə uyğun olaraq Azərbaycan Konstitusiya Məhkəməsinə təqdim edir.

Konstitusiya Məhkəməsinin nəticələr haqqında qərarı qətidir.

Konstitusiya Məhkəməsi prezident seçkisinin yekunları haqqında məlumatı rəsmi elan etdiyi gündən başlayaraq prezident seçilmiş şəxs üç gün ərzində and içir.

Fəaliyyətdə olan Azərbaycan Respublikasının prezidenti öz vəzifələrini yeni seçilmiş Azərbaycan Respublikası prezidentinin öz vəzifəsinə başlamasına kimi həyata keçirir.

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir