Dünya

Ərdoğan: “Fələstin-İsrail qarşıdurması bütün bölgəyə yayıla bilər”

Sharing is caring!




Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstin-İsrail qarşıdurmasının bütün bölgəyə yayılma riski ilə bağlı xəbərdarlıq edib.

Türkiyə lideri bu barədə İstanbulda Misirin xarici işlər naziri Sameh Şükri ilə görüşündə deyib.

Danışıqlarda ikitərəfli münasibətlər, Qəzza zolağındakı son durum, qlobal və regional problemlər, o cümlədən İsrail və İran arasındakı gərginlik müzakirə olunub.

R.T. Ərdoğan həmçinin Fələstin-İsrail münaqişəsinin həllinin əsasını Qəzzada dərhal atəşkəsə nail olmaq və humanitar yardım üçün bölgəyə maneəsiz çıxışın təmin edilməsinin tərəfdarı olduğunu bildirib.

Mənbə: Anadolu

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir