İdman

Çempionlar Liqasında yarımfinalın ilk oyunlarının hakimləri açıqlandı

Sharing is caring!


Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına hakim təyinatları bəlli olub.

UEFA-nın rəsmi saytının yaydığı məlumata görə, İspaniyada keçiriləcək “Real” (Madrid) – “Mançester Siti” matçını portuqaliyalı Artur Diaş idarə edəcək. Ona həmyerliləri Paulu Soareş və Pedru Ribeyru köməklik göstərəcəklər. Dördüncü hakim italiyalı Daniele Orsato olacaq.

“Milan” – “İnter” oyunu isə ispaniyalı Xesus Hil Mansanoya həvalə edilib. Ona Dieqo Barbero və Anxel Nevado Rodriges yardımçı olacaqlar. Dördüncü hakim kimi Xose Sançes təyinat alıb.

Qeyd edək ki, “Real” – “Mançester Siti” matçı mayın 9-da, “Milan” – “İnter” görüşü mayın 10-da keçiriləcək. Oyunların start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir