Cəmiyyət

Bakıda gənc oğlanı avtomobil vuraraq komaya salıb

Sharing is caring!

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

APA xəbər verir ki, hadisə Həsən Əliyev küçəsində baş verib.

Belə ki, 2000-ci il təvəllüdlü Manafov Rafət Ziyafət oğlu yolu keçərkən onu “Skoda” markalı maşın vurub. Hadisəni törədən avtomobilin sürücüsü yaralını Kliniki Tibbi Mərkəzə çatdırıb. Həkimlər yaralının komatoz vəziyyətində olduğunu bildiriblər.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir