Cəmiyyət

Gülnaz Ağayeva: “Uşaqlara dərmanları həkim təyinatı olmadan verməyi məsləhət görmürəm”

Sharing is caring!


“Hər bir dərman vasitəsi və yaxud bioloji əlavələr uşaqların yaşını, çəkisini, onlarda olan hər hansı bir orqan patologiyasını nəzərə alaraq verilir. Burada dozalanmada verilmə müddəti və günün saatı çox önəmlidir”.

Oxu.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Gülnaz Ağayeva nazirliyin rəsmi “Instagram” səhifəsində canlı yayımda uşaqlarda respirator viruslar haqqında danışarkən deyib.

Gülnaz Ağayeva qeyd edib ki, uşaq orqanizmində vitamin çatışmazlığı və ya vitaminin çox olması gələcəkdə geridönməz fəsadlara səbəb ola bilər və burada həkim məsləhəti çox önəmlidir:

“Çünki mütəxəssis tərəfindən uşaq ətraflı müayinə olunub, sonradan dərman və digər vasitələrin qəbuluna qərar verilməlidir”. 

Pediatr bildirib ki, Səhiyyə Nazirliyi tərəfindən hər zaman həkim məsləhəti olmadan dərman preparatlarının və qida əlavələrinin uşaqlara verilməməsi ilə bağlı maarifləndirici məlumat və posterlər yayımlanır:

“Mən də öz növbəmdə valideynlərə həkim təyinatı olmadan uşaqlara dərman preparatlarının verilməsini məsləhət görmürəm”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir