Dünya

Bolqarıstanda partlayıcıların məhv edilməsi fəlakətlə nəticələndi

Sharing is caring!

Bolqarıstanın Kazanlık şəhərində əsgərlərin partlayıcıları məhv etməsi nəticəsində meşə yanğını baş verib.

Ölkənin Müdafiə Nazirliyindən verilən məlumata görə, ötən gün əsgərlər Şeynovo kəndinin otlaq sahəsində tapılan mina və tank əleyhinə mərmiləri məhv edərkən meşəlik ərazidə yanğın başlayıb.

Sürətlə böyüyən yanğın 1400 hektar ərazini əhatə edib.

Ərazidə tüstülənmə səbəbindən bəzi magistral yollarda nəqliyyatın hərəkəti bağlanıb.

Çox sayda yanğınsöndürənin müdaxilə etdiyi yanğın təxminən 18 saatdır nəzarət altına alınmağa çalışılır.

Qeyd edilib ki, alovların ətrafdakı silah fabriklərinə və hərbi sursat anbarlarına keçməsinin qarşısını almaq üçün böyük səy göstərilir.

Mənbə: Anadolu

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir