Dünya

Avstriyada keçirilən prezident seçkilərində Van der Bellen liderdir

Sharing is caring!

Avstriyanın hazırkı prezidenti Aleksandr Van der Bellen prezident seçkilərində 55,4% səs toplayıb və ilk turda qalib gələcəyinə ümid edir.

Bu barədə bazar günü ORF telekanalının təqdim etdiyi seçki bülletenləri emalının ilkin nəticələrinə əsasən bildirilib.

Səslər tam sayıldıqdan sonra nəticələr bir qədər dəyişəcək. Van der Bellen 50%-dən çox səs toplasa, ikinci raund tələb olunmayacaq.

İlkin məlumatlara görə, hazırki prezidenti səslərin sayına görə sağçı populist Avstriya Azadlıq Partiyasının namizədi Valter Rosenkranz (18,4%) və müstəqil namizəd Tassilo Valentin (8,4%) izləyir. Sol mərkəzçi Pivə Partiyasının lideri Dominik Vlasnı 8,2% səs toplayıb.

Ümumilikdə 7 nəfər öz namizədliyini irəli sürüb ki, bu da ölkə üzrə rekord göstərici olub.

Qeyd edək ki, Avstriya parlamentli respublikadır. Burada prezident əsasən nümayəndəlik funksiyalarını yerinə yetirir – beynəlxalq arenada ölkə adından çıxış edir və dövlət müqavilələrini imzalayır. O, kanslerliyə və kabinetin digər üzvlərinə namizədləri təsdiq edir, hökumət başçısını və bütün kabineti vəzifədən azad etmək hüququna malikdir. Prezident həm də silahlı qüvvələrin ali komandanıdır. Avstriyada 6,4 milyondan çox insan səsvermə hüququna malikdir.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir