Cəmiyyət

Onminlərlə müəllim sertifikasiya imtahanına cəlb ediləcək – Nazir AÇIQLADI + VİDEO

Sharing is caring!

Bu il sertifikasiya imtahanına cəlb ediləcək müəllimlərin sayı açıqlanıb. 

Oxu.Az-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə bildirib. 

O qeyd edib ki, 2023-cü ildə 35 minə yaxın müəllimin sertifikasiya imtahanına cəlb edilməsi gözlənilir:

“Həmin imtahandan keçən müəllimlərin böyük əksəriyyətinin əməkhaqları 10 və 35 faiz artacaq”.

E.Əmrullayev əlavə edib ki, bu il ibtidai sinif üzrə digər yerdə qalan regionlar və ölkə üzrə Azərbaycan dili və ədəbiyyat fənni üzrə müəllimlərin biliyi yoxlanılacaq.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir