Cəmiyyət

Kanadalı bloqer: “Azərbaycanlı ekologiya fəallarının məqsədlərinə çatmasını arzu edirəm”

Sharing is caring!

“Azərbaycanlı ekologiya fəallarının məqsədlərinə çatmasını arzu edirəm”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə kanadalı bloqer Qreqori Lipovetski deyib.

O, təəssüflə qeyd edib ki, ekologiya fəallarının Xankəndi-Laçın yolunda keçirdikləri etirazlar xaricdə geniş işıqlandırılmır:

“Təəssüf ki, dünyanın o tayında bu barədə məlumatımız yoxdur. Bu barədə yazmırlar, televiziyada yayımlamırlar. Bu barədə məlumat almaq yaxşı olardı”.

Qreqori Lipovetski Azərbaycana ilk dəfədir səfər etdiyini və buranın gözəlliyinə, tarixinə və Azərbaycan xalqının qonaqpərvərliyinə heyran qaldığını vurğulayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir